Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Monitorinq baş tutdu 26 Mart 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 26-da Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 25 Mart 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 26-da Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Gürcüstan Respublikasının müdafiə naziri ilə Azərbaycan Respublikasının müdafiə naziri arasında görüş olub 18 Mart 2013 09:00

Martın 18-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin arasında görüş olub.

İki Ermənistan vətəndaşı Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar 18 Mart 2013 09:00

Martın 16-da Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16.50-də, martın 17-də isə Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16.20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 14 Mart 2013 09:00

Azərbaycan-Qazaxstan ikitərəfli əməkdaşlıq proqramına əsasən17-20.03.2013 Qazaxstan Müdafiə Nazirliyi hərbi qulluqçularının hazılıq sistemi ilə tanışlıqAlmatı, Qazaxstan Gürcüstan Müdafiə Nazirinin Azərbaycana rəsmi səfəri18-19.03.2013Bakı, Azərbaycan Azərbaycan-Sloveniya ikitərəfli əməkdaşlıq proqramına əsasən18.03-12.04.

Monitorinq baş tutdu 14 Mart 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 14-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənub-qərb itiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 13 Mart 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 14-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənub-qərb itiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının müdafiə nazirinin Litva Respublikasının xarici işlər naziri ilə görüşü olub 6 Mart 2013 09:00

Martın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusla görüşü olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətlərinin məlumatı 1 Mart 2013 09:00

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Allahverdiyev Seymur Mürvət oğlunun ölməsi faktı ilə əlaqədar hərbi prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı hadisə yerindən iş üzrə əhəmiyyət kəsb edən əşyalar götürülmüş, məhkəmə-tibbi ekspertin, prokurorun və müstəntiqin iştirakı ilə meyidin xarici və daxili müayinəsi aparılmış və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 1 Mart 2013 09:00

Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünü- qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü 03-08.03.2013Bakı, Azərbaycan Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən 03.03 - 05.07.2013 Beynəlxalq dalğıc kursu Beykoz, İstanbul, Türkiyə “NATO Qərargah zabitəri üçün öyrənilmiş təcrübələr mövzusunda kurs” 04-08.03.2013 Kunqsaengen, İsveç NATO-nun konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursu04-08.03.2013Riqa, Latviya “AMAN-2013” Çoxmillətli dəniz təlimi 04-08.03.2013Karaçi, Pakistan Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən 04-08.03.2013 Kimyəvi, bioloji, radioloji və nüvə terapiyası üzrə təməl kurs Kaunas, Litva Xəzəryani ölkələrin hidroqrafiya xidmətləri rəhbərlərinin müşavirəsi05-07.03.2013 Həştərxan, RF Azərbaycan –Ukrayna ikitərəfli əməkdaşlıq planına əsasən 11-14.03.2013 “Ukrayna Milli Müdafiə Universitetinin nümayəndə heyətinin səfəri”Bakı, Azərbaycan Azərbaycan –Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 11-14.03.2013 “FELDBERG 13” səhra təlimi Oberlauzits, AFR Silahlara nəzarət təlim kursu11-16.03.2013London, Birləşmiş Krallıq Hava əməliyyatları terminologiyası üzrə təməl kursu 11-22.03.2013İzmir, Türkiyə Hərbi-mülki əməkdaşlıq üzrə qərargah zabiti kursu 11-22.03.2013Enschede, Niderland Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən 11-15.03.2013 “Combined Endeavor-2013” təliminin əsas planlaşdırma konfransıDublin, İrlandiya Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən11.03-13.07.