Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 31 Yanvar 2013 09:00

“Regional təhlükəsizlik” mövzusunda seminar 01-22.02.2013Qarmiş-Partenkirxen, Almaniya Türkiyə Respublikasının Hərbi Akademiyalarının dinləyicilərinin tanışlıq səfəri 04-08.02.2013Bakı, Azərbaycan Azərbaycan-BB ikitərəfli əməkdaşlıq proqramına əsasən 04-15.02.2013 Sülhü dəstəkləmə əməliyyatları üzrə təlimin hazırlanması və qiymətləndirilməsi kursu Vışkov, Cexiya Xorvatiya müdafiə nazirinin səfəri 06-08.02.2013 Bakı, Azərbaycan Sahib ölkə dəstəyi kursu 11-15.02.2013Oberamerqau, AFR “Kiber terrorizm sahəsində xəbərdar olma - siyasət və idarə etmə səviyyələri” kursu 11-15.02.2013 Ankara, Türkiyə Dil testi seminarı 11-22.02.2013Qarmiş-Partenkirxen Almaniya.

Mətbuat Xidmətinin məlumatı 31 Yanvar 2013 09:00

«Ehtiyatda və istefada olan zabitlər» İctimai Birliyinin keçirdiyi mətbuat konfransında döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatının əsassız şəkildə azaldıldığı qeyd edilir.

Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşü keçirilib 30 Yanvar 2013 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşü keçirilib.

Bəyanata qoşulan hərbi qulluqçuların sayı 10805-ə çatdı 30 Yanvar 2013 09:00

26 yanvar 2013-cü il tarixdə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçunun imzaladığı məlum bəyanata bu günədək 10805 hərbiçi qoşulub.

Daha 1300 hərbi qulluqçu bəyanata qoşulub 28 Yanvar 2013 09:00

26 yanvar 2013-cü il tarixdə bir qrup hərbi qulluqçunun məlum bəyanatına Şəmkir bölgəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidməti fəaliyyət göstərən daha 1300 hərbiçi qoşulub.

BİR QRUP HƏRBİ QULLUQÇUNUN BƏYANATI 26 Yanvar 2013 09:00

Biz Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları olaraq qarşımıza qoyulan tapşırıqları yerinə yetirməklə, ordumuzun günü-gündən güclənməsinə, torpaqlarımızı düşməndən mühafizə etməklə məşğul olduğumuz halda belə bir bəyanatla çıxış etməyə məcbur qalırıq.

Monitorinq baş tutdu 23 Yanvar 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin 2,5 km şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 22 Yanvar 2013 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin 2,5 km şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Mətbuat xidmətinin məlumatı 21 Yanvar 2013 09:00

Mətbuat xidməti xəbər verir ki, N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı foto görüntülərlə bağlı araşdırmaya başlanılıb.

Azərbaycan Respublikasının müdafiə naziri ABŞ Müdafiə Katibinin siyasi məsələlər üzrə baş köməkçisinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 17 Yanvar 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Katibinin siyasi məsələlər üzrə baş köməkçisinin müavini, xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.