Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb 30 Dekabr 2012 09:00

Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 29 Dekabr 2012 09:00

Azərbaycan-ABŞ iş planına əsasən 07.01-26.06.2013 ABŞ-ın Hərbi Dəniz Akademiyasında təhsil Rodaylend, Nyüport, ABŞ Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən14.01-17.05.2013 2-ci səviyyə beynəlxalq ingilis dili kursu Vilnüs, Litva Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 14.01-22.02.

Müdafiə naziri Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib 24 Dekabr 2012 09:00

Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib.

Müdafiə nazirliyindən ittihamlara cavab 21 Dekabr 2012 09:00

N saylı hərbi hissənin əsgəri Rəşad İsgəndərovun anası Nənəxanım Nəsibova bir sıra dövlət qurumlarına, o cümlədən KIV-ə müraciət edərək iddia edir ki, oğlu aktiv vərəm xəstəsi olduğu halda həqiqi hərbi xidmətə aparılıb və indi də onun ordudan təxris olunmasına icazə verilmir.

Müdafiə nazir Polşa Respublikası Senatının Hərbi Komitəsinin sədrini qəbul edib 19 Dekabr 2012 09:00

Dekabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası Senatının Hərbi Komitəsinin sədri Boqdan Klixi qəbul edib.

NATO Müdafiə Kolleci dinləyici və müəllim heyətinin Azərbaycan Respublikasına akademik ziyarəti keçirilir 17 Dekabr 2012 09:00

NATO Müdafiə Kolleci ali kursunun 83 nəfərdən ibarət dinləyici və müəllim heyətinin Azərbaycan Respublikasına akademik ziyarəti keçirilir.

Müdafiə naziri Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib 17 Dekabr 2012 09:00

Dekabrın 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristovanı qəbul edib.

Monitorinq baş tutdu 14 Dekabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 14-də Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kəndinin cənub qərbində yerləşən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 13 Dekabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 14-də Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kəndinin cənub qərbində yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının müdafiə naziri Moskvaya yola düşüb 10 Dekabr 2012 09:00

Dekabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirləri müdafiə şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.