Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 30 Noyabr 2012 09:00

“Əməliyyat imkanları konsepsiyasının məlumat bazası” adlı treninq 04-06.12.2012Şvarzenburq, İsveçrə Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu 05-06.12.2012Brüssel, Belçika Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən05-07.12.2012 “VIKING 14” kompüter dəstəkli komanda-qərargah təliminin ilkin planlaşdırma konfransı Stokholm, İsveç Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı07.12.2012 Bakı, Azərbaycan “Avrasiya tərəfdaşlığının zirvəsi” mövzusunda seminarlar 10-14.12.2012Souda körfəzi, Yunanıstan NATO Müdafiə Kollecinin nümayəndələrinin Azərbaycana səfəri 16-18.12.2012Bakı, Azərbaycan 5-ci Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Hərbi Dialoq İclası 17-20.12.2012Ankara, Türkiyə.

Monitorinq baş tutdu 28 Noyabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 28-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 27 Noyabr 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 28-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan müdafiə nazirinin Bəhreyn Müdafiə Qüvvələrinin Komandanı ilə görüşü olub 21 Noyabr 2012 09:00

Noyabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ölkəmizə işgüzar səfərə gələn Bəhreyn Müdafiə Qüvvələrinin Komandanı feldmarşal Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifə ilə görüşü olub.

Qətər dövlətində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri bir sıra görüşlər keçirib 20 Noyabr 2012 09:00

Qətər dövlətinin Silahlı Qüvvələrinin Baş Qəragah rəisi general Həməd Bin Əli Əl-Atiyyənin dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Qətər dövlətinin vəliəhdi Şeyx Tamim Bin Həməd Əl Tani və Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşü olub.

Azərbaycan Respublikasının müdafiə naziri Qətər dövlətinə yola düşüb 19 Noyabr 2012 09:00

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qətər dövlətinin Silahlı Qüvvələrinin baş qəragah rəisi general Həmid ibn Əli Əl-Atiyyənin dəvəti ilə Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən «Yırtıcı Şahin-3» çoxmillətli birgə hərbi təlimin simpoziumunda iştirak etmək üçün həmin ölkəyə yola düşüb.

Müdafiə Nazirliyinin genişləndirlmiş hərbi kollegiyası keçirilib 16 Noyabr 2012 09:00

Noyabrın 16-da Müdafiə Nazirliyinin genişləndirlmiş hərbi kollegiyası keçirilib.

"Hərbi-mülki əməkdaşlıq" mövzusunda təlim kursu keçirilir 13 Noyabr 2012 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən 13-16 noyabr tarixlərində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Hərbi-mülki əməkdaşlıq" mövzusunda təlim kursu keçirilir.

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI 12 Noyabr 2012 09:00

Tərəfdaşların MTT üzrə ekspertlərin daimi qrupunun toplantısı 13-16.11.2012Drezden, AFR “Sea Breeze 2013” təliminin ilkin planlaşdırma konfransı 14-15.11.2012Odessa, Ukrayna “Dəniz təhlükəsizliyi sahəsində dövlətlərarası əməkdaşlıq:

Ukraynanın müdafiə naziri Azərbaycana səfər edib 12 Noyabr 2012 09:00

Noyabrın 12-də Ukraynanın müdafiə naziri Dimitri Salamatinlə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.