Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

“Silahlı Qüvvələr demokratiya şəraitində” silsiləsindən “Rəhbərlik və mülki təhsil” mövzusunda seminar başlayıb 17 Aprel 2012 09:00

Aprelin 17-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2012-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı”na uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında Almaniya nümayəndə heyətinin iştirakı ilə “Silahlı Qüvvələr demokratiya şəraitində” silsiləsindən “Rəhbərlik və mülki təhsil” mövzusunda seminar başlayıb.

Müdafiə Nazirliyinin məlumatı 16 Aprel 2012 09:00

16 aprel 2012 Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 15-də saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;- saat 15.50-dən 16.00-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Eldar Sabiroğlu: «Daşların haradan atıldığı ünvan gizlin deyil» 13 Aprel 2012 09:00

Son günlər Müdafiə Nazirliyi ilə bağlı mətbuatda yenə müxtəlif səpkili yazılar dərc olunur.

Monitorinq baş tutdu 13 Aprel 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 13-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin cənubundakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Hərbi Əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilmişdir 12 Aprel 2012 09:00

12 aprel 2012-ci ildə Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Hərbi Əməkdaşlıq üzrə planlaşdırma konfransı keçirilmişdir.

Təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır 11 Aprel 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 12-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

NATO-nun Beynəlxalq Qərargahının Ekspert Qrupu ilə işçi görüşü keçirilir 11 Aprel 2012 09:00

Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının və Planlaşdırma, Analiz Prosesinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının Ekspert Qrupu ilə 9-13 aprel 2012-ci il tarixlərində Azərbaycanda işçi görüşləri keçirilməsi nəzərdə tutulur.

Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prossesi başa çatıb 11 Aprel 2012 09:00

Hərbi çağırışçıların Müdafiə Nazirliyinin hərbi hissələrinə bölüşdürülməsi prosesi başa çatıb.