Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Lənkəran Əliyev özünə «ədalət keşikçisi» imici qazandırmağa çalışır 30 Aprel 2012 09:00

General Lənkəran Əliyev, deyəsən, öz günahını anlamaq istəmir və məhkəmənin qanuni qərarını şəxsi maraqlarına uyğun olaraq şübhə altına alır.

Monitorinq baş tutdu 30 Aprel 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Təmas xəttində monitorinq keçiriləcək 28 Aprel 2012 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Beynəlxalq Qırmızı Xaç komitəsinin Bakı ofisi tərəfindən təlim kursu keçirilib 27 Aprel 2012 09:00

Aprelin 23-27-də Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Beynəlxalq Qırmızı Xaç komitəsinin Bakı ofisi tərəfindən Silahlı Qüvvələrin hərbi qulluqçularına Beynəlxalq Humanitar hüquq mövzusunda təlim kursu keçirilib.

Cəbhədə vəziyyət gərgin olaraq qalır 27 Aprel 2012 09:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 26-da saat 17.15-dən 17.19-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri; - saat 10.30-dan 10.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- aprelin 27-də saat 01.00-dan 01.30-dək Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyində qəbul 25 Aprel 2012 09:00

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukrayna Baş Prokurorluğu hərbi prokurorluq baş idarəsinin rəisi, baş prokurorun müavini Yuriy Viytevi qəbul edib.

«Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr» mövzusunda seminar başlayıb 25 Aprel 2012 09:00

Aprelin 25-də Bakıda Azərbaycan-ABŞ iş planına əsasən «Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr» mövzusunda seminar başlayıb.

Müdafiə Nazirliyinin mütəxəssisləri ilə NATO Maddi-Texniki Təminat üzrə ekspert qrupu arasında işçi görüşü keçirilir 24 Aprel 2012 09:00

Müdafiə nazirliyinin NATO ilə 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən cari ilin 24-27 aprel tarixlərində Müdafiə Nazirliyinin mütəxəssisləri ilə NATO Maddi-Texniki Təminat (MTT) üzrə ekspert qrupu arasında işçi görüşü keçirilir.

Cəbhədə vəziyyət gərgin olaraq qalır 17 Aprel 2012 11:00

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 16-da saat 10.55-dən 11.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi; - saat 17.35-dən 17.45-dək və 21.20-dan 22.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi;- saat 18.35-dən 18.40-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərində yerləşən mövqelərimizi;- saat 12.40-dan 12.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxındlığında yerləşən mövqelərdən;- saat 18.30-dan 18.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 19.00-dan 19.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 23.15-dən 23.25-dək və 23.20-dən 23.25-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Hərbi hissədə cinayət hadisəsi baş verib 17 Aprel 2012 09:00

Aprelin 17-də Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.