Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Minaatan bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir - VİDEO 18 Sentyabr 2021 15:01

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir.

Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib 18 Sentyabr 2021 13:36

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəliblər.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə tədbir keçirilib 18 Sentyabr 2021 12:52

Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə C.Naxçıvanski adına Hərbi Liseyin kursantlarının iştirakı ilə tədbir keçirilib.

"Azərbaycan Ordusu" qəzeti № 73 (2581) 18 Sentyabr 2021 10:00

“Azərbaycan əsgəri haqq-ədaləti bərpa etdi”Ötən ilin sentyabrında Ermənistan ordusunun həyata keçirdiyi genişmiqyaslı təxribatlar nəticəsində bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz iriçaplı silah, minaatan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuldu...davamı"Azərbaycan Ordusu" qəzetinin tam variantı

“Üç qardaş - 2021” təliminin növbəti mərhələsi icra edilib - VİDEO 17 Sentyabr 2021 21:03

Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Şəhidlərin əziz xatirəsi anılıb - VİDEO 17 Sentyabr 2021 12:30

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn iki qardaş - Bəhrəm və İman Məmmədzadələrin xatirəsinə həsr olunan tədbir keçirilib.

Hərbi məktəbdə yeni tədris dövrünün başlanması ilə bağlı tədbir keçirilib - VİDEO 17 Sentyabr 2021 11:33

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni tədris dövrünün başlanması ilə bağlı tədbir keçirilib.

"Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir - VİDEO 16 Sentyabr 2021 19:33

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.

Azərbaycanın Müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüş keçirib 16 Sentyabr 2021 18:52

Sentyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib - VİDEO 16 Sentyabr 2021 17:40

Yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq komandalara uğurlar arzulayıb.