Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi atəşə tutub 18 Noyabr 2021 11:15

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub 17 Noyabr 2021 18:40

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və İtaliya Respublikası Baş Qərargahının nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq planı üzrə qərargah görüşü keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib - VİDEO 17 Noyabr 2021 18:35

Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən kompleks məşqə hava hücumundan müdafiə bölmələrinin 1 nömrəli hazırlığa gətirilərək atəş və start mövqelərini tutması ilə başlanılıb.

"Azərbaycan Ordusu" qəzeti № 90 (2598) 17 Noyabr 2021 17:38

Vətən müharibəsi bizi daha böyük uğurlara ruhlandırırÜmummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə ordu elmi əsaslarla quruldu, peşəkar kadr potensialı hazırlandı, nizam-intizam möhkəmləndirildi, həmçinin maddi-texniki təchizatın yüksəldilməsi baxımından da bir sıra zəruri tədbirlər həyata keçirildi...davamı Ən bacarıqlı tabor komandirləri seçildi"N" hərbi hissəsində Quru Qoşunlarının 2021-ci il üçün hazırlıq planına əsasən "Ən yaxşı motoatıcı (dağatıcı) tabor komandiri" adı uğrunda yarış keçirildi...davamı Döyüş yolu - Zəfər yoluTəlimləri izləmək istər-istəməz insanda döyüş ovqatı yaradır, onu zəfərə, qələbəyə kökləyir...davamı Zərrə boyda qumun olsam, bəsimdir, Vətən!Və ya döyüş mövqeyində gördüklərim, qələmə aldıqlarım...Media nümayəndələri olaraq yenə yol üstündəyik...davamı “Zəhranın intiqam atəşi ömrümə ömür verdi”Leytenant Nemət Ocaqverdiyev Qazaxın Çaylı kəndindəndir...davamı Qalib ordunun əsgəri olmaq şərəfdirBu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır...davamı İşğal olunan ərazilərimizdə Ermənistanın ekoloji terroru və ətraf təbii mühitAzərbaycan Respublikası beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edən dövlətlər sırasındadır...davamı Sağlam, güclü və mübariz əsgərlərRəşadətli və yenilməz ordumuzun sıralarında xidmət edən əsgərlərin fəaliyyəti günün nizam qaydaları ilə tənzimlənir...davamı "Azərbaycan Ordusu" qəzetinin tam variantı

Döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub 17 Noyabr 2021 11:08

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun aşağıda adları göstərilən hərbi qulluqçuları şəhid olub:- leytenant Niftəliyev Ümüd Oruc oğlu;- gizir Cabbarov Orxan Hətəm oğlu;- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;- əsgər Ağayev Elçin Mərifət oğlu;- əsgər Əlizadə Elmin Samir oğlu;- əsgər Əliyev Elçin Ramil oğlu;- əsgər Xəlilov Murad Qalib oğlu.

Türkiyə Milli Müdafiə naziri ilə Azərbaycan Müdafiə naziri arasında telefon danışığı olub 16 Noyabr 2021 20:30

Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Rusiyanın Müdafiə naziri Azərbaycanın Müdafiə nazirinə zəng edib 16 Noyabr 2021 20:05

Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri dövlət sərhədindəki vəziyyət barədə məlumatlandırılıb 16 Noyabr 2021 17:13

Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.

Qarşı tərəf təşviş içində mövqelərini tərk edir 16 Noyabr 2021 16:31

Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.

Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilib 16 Noyabr 2021 14:58

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.