"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xarici ölkələrdə və NATO Qərargahlarında nümayəndəliklər

Xarici ölkələrdə və NATO Qərargahlarında nümayəndəliklər

Xarici ölkələrdə və NATO Qərargahlarında təmsilçilik

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən xarici dövlətlərdə hərbi attaşelik aparatları təsis edilmişdir:

  • Almaniya Federativ Respublikası
  • Amerika Birləşmiş Ştatları
  • Avstriya Respublikası (səfirliyi nəzdində hərbi nümayəndəlik)
  • Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
  • Braziliya Federativ Respublikası
  • Cənubi Afrika Respublikası
  • Çin Xalq Respublikası
  • Fransa Respublikası
  • Gürcüstan
  • İndoneziya Respublikası
  • İran İslam Respublikası
  • İspaniya Krallığı
  • İsveç Krallığı
  • İtaliya Respublikası
  • Koreya Respublikası
  • Qazaxıstan Respublikası
  • Özbəkistan Respublikası
  • Pakistan İslam Respublikası
  • Rusiya Federasiyası
  • Türkiyə Respublikası
  • Ukrayna

Həmçinin beynəlxalq təşkilatlarda və qərargahlarda aşağıda göstərilən hərbi vəzifələrdə Silahlı Qüvvələrin nümayəndələri fəaliyyət göstərir:

  • NATO-nun Brüsseldəki Qərargah-Mənzilinin Hərbi Komitəsi yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nümayəndəsi – Azərbaycan Respublikasının NATO-dakı missiyasının hərbi məsələlər üzrə müşaviri;
  • NATO-nun Brüsseldəki Qərargah-Mənzilinin Hərbi Komitəsi yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nümayəndəsinin müavini;
  • NATO-nun Quru Qoşunları üzrə Komandanlığında (İzmir, Türkiyə Respublikası) Əməliyyat İmkanları Konsepsiyası (Quru Qoşunları) üzrə Qərargah zabiti;
  • NATO-nun İzmir Quru Qoşunları Komandanlığında Əməliyyat İmkanları Konsepsiyası üzrə qərargah zabiti (İzmir, Türkiyə Respublikası);
  • NATO-nun Standartlaşdırma Ofisində qərargah zabiti (Brüssel, Belçika Krallığı);
  • NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin Əməkdaşlıq Siyasəti və Proqramları şöbəsinin Siyasət və Proqramlar bölməsinin Tərəfdaşlığın Qərargah elementi zabiti (Brüssel, Belçika Krallığı);
  • NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsindəki Əməliyyat İmkanları Konsepsiyası şöbəsinin qərargah zabiti (Mons, Belçika Krallığı);
  • NATO-nun Neapol Birləşmiş Qüvvələrinin Komandanlığı Qərargahında plan, siyasət, proqramlar üzrə zabit (Neapol, İtaliya);
  • NATO-nun Brunssum Birləşmiş Qüvvələr Qərargahındakı Hərbi Tərəfdaşlıq şöbəsinin qərargah zabiti (Brunssum, Belçika Krallığı);
  • NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsindəki Baş Əlaqələndirici zabit (Mons, Belçika Krallığı);
  • NATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının Birləşmiş Qüvvələrin Təlim İdarəsinin Birləşmiş Təhsil, Məşq və Təlimlər Şöbəsinin Qlobal Təlim və Təhsil Üzrə Qərargah zabiti (Norfolk, ABŞ);
  • NATO-nun Nortvud Hərbi Dəniz Qüvvələri Komandanlığında Əməliyyat İmkanları Konsepsiyası tədbirlərinin planlaşdırılması və icrası üzrə zabit (Nortvud, Böyük Britaniya).