Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2016 09:00

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə görüş keçirilib

Xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirlikləri nəzdində fəaliyyət göstərən 15 ölkənin hərbi attaşesi və Hərbi Attaşelik Aparatlarının nümayəndələri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin yeni binası ilə tanış olublar.
Qonaqlar ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyətini əks etdirən xatirə zalını ziyarət edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətini əks etdirən stendlərlə tanış olub, eləcə də onlara Azərbaycan tarixi, dövlət rəmzləri və atributları haqqında ətraflı məlumat çatdırılıb.
Hərbi əməkdaşlıq çərçivəsində danışıqların keçirildiyi görüş otaqları, müxtəlif tədbirlərin təşkili üçün müasir texniki vasitələrlə təchiz olunmuş sinif və konfrans zalları qonaqlara təqdim olunub.
Görüşün proqramına əsasən qonaqlara idarənin yerləşdiyi hərbi şəhərciyin yaranma tarixi barədə məlumat verilib və 2016-cı il ərzində hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan tədbirlər planı təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.