Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2015 09:00

“Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi haqqında göstərişlərini, Müdafiə nazirinin əmr və sərəncamlarından irəli gələn tələbləri rəhbər tutaraq Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr edilmiş “Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi davam edir.
Müsabiqəyə cəbhəboyu rayonlar və şəhərlərdən başqa distant müraciət edənlər də olub. İştrak etmək üçün müsabiqənin elektron ünvanına aprelin 10-dək 186 hərbi qulluqçu və 101 mülki şəxs müraciət edib.
İştirakçıların ifası Əməkdar artistlər Azərin və İlqar Muradov tərəfindən qiymətləndirilir. I və II seçim turu cəbhə bölgələrində yerləşən rayonların ərazisindəki hərbi hissələrdə keçirilib. Mülki şəxslər üçün hərbi hissənin ərazisində gəzinti təşkil olunub. Hazırda müsabiqədə seçim turundan keçən iştirakçıların səsverməsi başlayıb.
www.gim.az saytında keçirilən elektron səsvermədə nəticələr hər an dəyişir. Müsabiqə haqqında ətraflı məlumatı www.gim.az saytından və “Vətən uğrunda mahnı müsabiqəsi”nin facebook səhifəsindən əldə edə bilərsiniz.
27 may  saat 12:00-a olan məlumata görə səsvermənin səhifəsinə 21000  nəfər daxil olub, onlardan 11650 nəfəri elektron səsvermədə iştrak edib. Səsvermə mayın 30-dək davam edəcəkdir.
Müsabiqənin yarımfinalının iyunun 15-də və finalının isə iyun ayının 20-də keçirilməsi planlaşdırılır.
Qaliblərin mükafatlandırılması Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş qala-konsertdə baş tutacaqdır.