Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2012 09:00

Türkiyə Quru Qoşunları komandanının Azərbaycanın müdafiə naziri ilə görüşü olub

İyunun 6-da Türkiyə Quru Qoşunları komandanı ordu generalı Hayrı Kıvrıkoğlunun Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanında Azərbaycan və Türk şəhidliyini ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib.
Görüşdə ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Hərbi təhsil sistemində əlaqələrin yeni mərhələyə çatdırılması məsələsi də görüşün əsas mövzularından biri olub. Söhbət zamanı regionda hərbi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən geniş bəhs olunub.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıc iştirak edib.