Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2017 20:25

Tərtər rayon ictimaiyyəti və bölgədəki hərbi hissələrin nümayəndələrinin ümumrayon toplantısı keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin aktual məsələləri” mövzusunda rayon ictimaiyyəti və bölgədəki hərbi hissələrin nümayəndələrinin iştirakı ilə ümumrayon toplantısı keçirilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Tərtər Rayon Mədəniyyət Mərkəzində baş tutan toplantını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq giriş nitqi söyləyib.
Müdafiə nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani “Gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin aktual məsələləri” mövzusunda geniş məruzə ilə çıxış edib.
Toplantıda çıxış edənlər tədbirin əhəmiyyətindən danışıb, gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsində, Xalq-Ordu birliyinin daim möhkəmləndirilməsində belə tədbirlərin rolunu xusisi qeyd ediblər.
İştirakçılar bu gün Azərbaycan oğullarının ata-babalarımızın qəhrəmanlıq yolunu şərəflə davam etdirdiklərini, vətənin keşiyində daim ayıq-sayıq dayandıqlarını və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda Ali Baş Komandanın  əmrinə hər an hazır olduqlarını bəyan ediblər.
Sonda bəstəkar Azad Zahidin A.Qurbaninin sözlərinə bəstələdiyi “Qəhrəman Tətərim” mahnısı əsasında klip nümayiş olunub, aprel döyüşlərinə həsr olunmuş “Aprel zəfəri” filminin diskləri tədbir iştirakçılarına paylanıb.