Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2012 09:00

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın müdafiə naziri ilə görüşüb

Fevralın 7-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəlin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanında Azərbaycan və Türk şəhidliyini ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.
Geniştərkibli görüşdə Səfər Əbiyev qonağı bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə məlumatlandırıb. Nazir qeyd edib ki, Minsk Qrupunun konflikti həll etmək istiqamətində göstərmiş olduğu səylər konkret nəticə vermədiyi üçün Azərbaycan işğal olunmuş torpaqlarını başqa vasitələrlə azad etmək məcburiyyətində qalır və buna görə də öz Silahlı Qüvvələrini getdikcə gücləndirir.
Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğu görüşdə bu əlaqələrin daha da dərinləşməsinin vacibliyi vurğulanıb. Bu mənada həm NATO çərçivəsində, həm də ikitərəfli qaydada Türkiyə-Azərbaycan hərbi əlaqələrinin verdiyi töhfə xüsusi qeyd olunub.