Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2015 09:00

Soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə anım mərasimləri təşkil edilib.
"Xocalı soyqırımı" abidələri ziyarət olunub, şəxsi heyətə "26 fevral - Xocalı faciəsi" mövzusunda mühazirələr oxunub. Keçirilən tədbirlər çərçivəsində Mingəçevir şəhərindəki N saylı hərbi hissənin hərbi qulluqçuları da şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizədə şəhid olan döyüşçülərimizin, həmçinin Xocalı faciəsi qurbanlarının xətirəsi bir dəqiqəlik sükutla yad edilib.