Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Mart 2017 16:45

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində seminarlar keçirilib

Bakıda Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professor-müəllim heyətinin və NATO/ABŞ ekspert qrupunun iştirakı ilə “Strategiya və qüvvə planlaşdırılması” və “Əməliyyatların hazırlanması və planlaşdırılması” mövzularında seminarlar keçirilib.
Seminarlarda akademiyanın “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə” kursunun professor-müəllim heyəti və dinləyiciləri ilə ekspert qrupu arasında milli təhlükəsizlik strategiyaları və qüvvələrin planlaşdırılması mövzuları ətrafında müzakirələr aparılıb. Mövzulara dair mühazirələr dinlənilib.
Akademiyanın rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə keçirilən seminarlarda bu ali hərbi təhsil ocağında və ABŞ Silahlı Qüvvələrinin Qərargah Kollecində əməliyyatların hazırlanması sahəsində brifinqlər təqdim olunub.
Sonda NATO/ABŞ ekspert qrupu ilə DEEP çərçivəsində bu günədək görülən işlər və gələcək planlar müzakirə edilib.