Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2017 20:30

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib

Yanvarın 17-də Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.
Görüşlərdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun "Qətiyyətli dəstək" missiyasının gedişi və cari əməliyyat şəraitindəki təhlükəsizlik vəziyyəti, o cümlədən "Uyarlılıq platforması" çərçivəsində tərəfdaşlar ilə uyarlılığın daha da artırılması ilə bağlı yollar və bu məqsədə nail olmaq üçün müxtəlif fərdi yanaşmaların tətbiqi barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi bir sıra ikitərəfli görüşlər də keçirib.