Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2016 12:25

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bu gün saat 11.00-dan başlayaraq hərbi hissələrdə "Açıq qapı" günü keçirilir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti, nümayişi etdirilən döyüş texnikaları və silahlarla yaxından tanış olur, eləcə də xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.
Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə təşkil olunan görüşdə onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaqdır.