Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2015 09:00

Respublika Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı olacaq

Mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12.00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcəkdir.
Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin də nizami keçidi təşkil ediləcəkdir.

* * *

Respublika Günü münasibətilə mayın 28-də saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaqdır.
Orkestrlər müəyyən olunmuş 6 nöqtədə çıxış edəcəklər:
- Fəvvarələr meydanı;
- Dənizkənarı Milli Park (Azneft meydanının qarşısındakı Dövlət Bayrağının yanında);
- Dənizkənarı Milli Park (Azadlıq meydanı qarşısında);
- Əhmədli qəsəbəsində yerləşən Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı.
Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran və Qusar şəhərlərində də Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaqdır.