Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2017 14:43

"Azərbaycan Ordusu" qəzeti - №70 (2187)

Ümummilli Liderimizin adını daşıyan Hərbi lisey yeni tədris ilinə də uğurla başlayıb

Tədbirə hazırlıqla bağlı məruzə edildikdən, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev liseyin pedaqoji və zabit heyətini, kursantları bilik günü münasibətilə təbrik edərək, xidmətlərində uğurlar arzulayıb...davamı


Sülhə gəlin, ey insanlar!


Məlum olduğu kimi, 1981-ci ildə BMT tərəfindən təsis edilən Beynəlxalq Sülh Günü ilk mərhələdə sentyabrın üçüncü çərşənbə axşamı qeyd edilirdi, 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnaməyə əsasən, bu əlamətdar gün üçün dəqiq tarix 21 sentyabr seçildi və o vaxtdan hər il mühüm hadisə kimi dünya miqyasında qeyd olunur...davamı



Tam orta məktəblərdə gələcəyin əsgərlərini formalaşdıran hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlığının artırılması məqsədilə Əlahiddə Ümumqoşun Orduda növbəti təlim toplantısı keçirilib...davamı



Əsgərlərimizin döyüş ruhu yüksəkdir

Müharibədə uğur əldə etmək üçün şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olması, möhkəm nizam-intizam, qorxmazlıq, düşmənə nifrət kimi keyfiyyətlər vacib şərtlərdir. Ona görə də Silahlı Qüvvələrimizdə şəxsi heyətə bu vacib amillərin aşılanmasında əhəmiyyətli rol oynayan ictimai-siyasi hazırlıq dərslərinə xüsusi önəm verilir...davamı



Vətənə sədaqət andı

İnsan özünü əməli və şəxsi ləyaqəti ilə təsdiqləyir. Belə insanlar gözəllik qanunları ilə qurub yaratmağı sevir, həyat həqiqətlərinə güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə seçilirlər. Xeyirxahlıq, qayğıkeşlik, seçdiyi həkimlik peşəsinin, xüsusən ürək-damar cərrahiyyəsinin müqəddəsliyini qorumaq, nüfuzunu saxlamaq belə adamlar üçün ali məqsədə çevrilir...davamı



Güləşçilərimiz növbəti qələbəyə doğru...

Azərbaycanda idmana göstərilən yüksək qayğının nəticəsi olaraq bu gün respublikamızda idmana böyük maraq və diqqət var. Hər sahədə olduğu kimi, Vətənimizin müdafiəsində duran hərbi qulluqçularımız arasında da dövlətimizin idman şərəfini yüksəldən idmançılar var...davamı

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı