Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2017 12:11

"Azərbaycan Ordusu" qəzeti - №56 (2173)

“Vətənlə döyünür ürəklərimiz”
"N" hərbi hissəsinin düşmənlə bilavasitə təmas xəttində yerləşən bölməsindəyik. Döyüş postu düşmən qarşısında qala kimi dayanıb. Bu qalanı qorxmaz, mərd Azərbaycan əsgərləri qoruyur...davamı

 


“Qoy, gəmilərimiz Xəzərin sahillərini xoş müjdələrlə sevindirsin”
III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku-2017" beynəlxalq yarışlarının başlanmasına bir neçə gün qalır. Artıq Rusiya Hərbi Donanmasının, İranın və Qazaxıstanın gəmiləri yarışlarda iştirak etmək üçün Vətənimizə gəlib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yarışlara qatılacaq gəmiləri və şəxsi heyəti də tam hazırlıq vəziyyətindədir...davamı

 

 

Artilleriya təyinatlı hərbi hissənin ildönümü keçirilib
1980-ci illərin axırlarından Ermənistan torpaqlarımızı işğal edir, dinc əhali yurd-yuvalarından didərgin salınır. Belə bir vaxtda yaradılan və formalaşan "N" hərbi hissəsi atəşkəs əldə olunana qədər Qazax, Tovuz, Goranboy, Tərtər, Ağdam, Qubadlı, Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Şəxsi heyətin böyük əksəriyyəti könüllülərdən ibarət olan yerli müdafiə batalyonları ümummili lider Heydər Əliyevin fərmanı ilə buraxıldı...davamı

 


“Komandir, Qarabağ yaxındadır”
Ümummilli lider Heydər Əliyev: "Hər bir gənc, hər bir ata-ana, hər bir valideyn öz oğlunu böyüdərkən ona əvvəl nəsihət verməlidir ki, sənin birinci borcun orduda xidmət etməkdir, Vətəni müdafiə etməyə hazır olmaqdır, döyüş qabiliyyəti əldə etməkdir və döyüşə hazır olmaqdır”. Ulu Öndərin ideyalarını əldə rəhbər tutan gənclərimiz son illər hərbi peşələrə böyük maraq göstərir, Vətən adlı bir ömür sahibi olmaq istəyirlər...davamı

 

 

Hərbi peşəyə maraq artır

“Gənc Heydərçilər” yay düşərgəsində
Bildiyimiz kimi, 2014-cü ildən etibarən hər il hərbi vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay düşərgəsi Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında təşkil edilir. Ənənəvi olaraq bu il də iyulun 17-də cəbhə xəttində xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin övladları, Səbail rayon məktəblərində təhsildə fərqlənən şagirdlərdən ibarət 150 nəfərlik qrup "N" hərbi hissəsində təşkil olunan yay düşərgəsinə yola salınıb...davamı

 

 

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisası üzrə qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 27-də Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisası üzrə qəbul imtahanı keçirəcək...davamı

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı