Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2017 11:44

"Azərbaycan Ordusu" qəzeti - №55 (2172)

Naxçıvan etibarlı müdafiə olunur
Hər keçən gün daha da güclənən Azərbaycan Silahlı Qüvvələrinin həm silah arsenalı, həm də maddi-texniki təminat bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir...davamı

 


Azərbaycan əsgəri yeni qələbələr qazanacaq
Ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Sevindirici hal odur ki, üzləşdiyimiz Qarabağ probleminin həllində yaxından iştirak edə biləcək milli-mənəvi dəyərlərimizə bağlı olan gənc nəsil formalaşır. Leytenant Bağırlı İsmixan Famil oğlu belələrindəndir...davamı

 


Silahlı Qüvvələrin rabitə sistemi gündən-günə təkmilləşir
Bu dəfə yolumuz 25 il ərzində rabitə vasitələrinin yeniləşməsi və təkmilləşməsi sahəsində böyük uğurlar əldə etmiş Silahlı Qüvvələrin Rabitə vasitələrinin təmiri və saxlama bazasınadır. Nəzarət buraxılış məntəqəsindən başlanan nizam-intizamı bazanın daxilində də müşahidə edirik. Havanın isti, yorucu olmasına baxmayaraq hər kəs öz işi ilə məşğuldur...davamı

 


Milli mətbuatımız “Əkinçi” ilə yaranıb
XIX əsrin sonlarında xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi Həsən bəy Zərdabinin təşkilatçılığı ilə "Əkinçi" qəzeti nəşrə başladı. Vətənpərvər ziyalı 22 iyul 1875-ci il tarixli ilk sayında oxuculara müraciətlə yazırdı: "...Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbəttə hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq...davamı

 


“Əkinçi” qəzetində hərbi informasiyalar
Tifliskiy vedomosti" (1828-1832) qəzetinin gürcü, Azərbaycan, erməni dillərində əlavələri nəşr edilirdi. "Zaqafqazskiy vestnik" (1838-1846) qəzetinin Azərbaycan dilində nəşr olunan vərəqi "Qafqazın bu tərəfinin əxbarı" adlanırdı, bu vərəqə-qəzet dörd il yarım nəşr edildi. Müstəqil olmadıqlarına görə "Tifliskiy vedomosti" qəzetinin əlavəsi də, "Zaqafqazskiy vestnik" qəzetinin Azərbaycan dilində nəşr olunan vərəqi - "Qafqazın bu tərəfinin əxbarı" da milli mətbuatımız hesab edilmir...davamı

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı