Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2013 09:00

Ordumuzun modernləşməsi istiqamətində növbəti ciddi addım

 Azərbaycan Ordusunda əldə olunmuş uğurların əsas bazasını dövlətin Silahlı Qüvvələr quruculuğuna verdiyi yüksək önəm, göstərdiyi diqqət təşkil edir. Bu işdə hərbi qulluqçuların yaşayış və xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, hərbi hissə və birləşmələrin modern silah və texnikalarla təmin olunması da mühüm rol oynayır.
Ordu quruculuğu prosesi həm də ictimaiyyətin diqqət mərkəzindədir. Ayrı-ayrı təşkilatlar, tanınmış ziyalılar, Milli Məclisin deputatları tez-tez həm cəbhə bölgəsində, həm də arxa cəbhədə yerləşən hərbi hissə və birləşmələrə səfərlər edir, zabit və əsgərlərlə görüşürlər. Belə səfərlər zamanı ictimaiyyətin nümayəndələri orduda gedən quruculuq proseslərini yaxından izləyir, bu sahədə qazanılan uğurları öz gözləri ilə görürlər.
Ötən gün Milli Məclisin bir qrup deputatı və kütləvi informasiya vasitələrinin nümayəndələri "N" hərbi hissədə oldular, zabit və əsgərlərlə görüşdülər, həmçinin bu il iyun ayının 26-da Azadlıq meydanında keçirilən hərbi paradda nümayiş olunan S-300 zenit-raket kompleksi ilə yaxından tanış oldular.
Hərbi hissə ilə tanış olmaq istəyən deputatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə sıra meydanına gəldilər. Qonaqları general-mayor Altay Mehdiyev qarşıladı. Sonra millət vəkilləri hərbi hissənin şəxsi heyəti qarşısmda çıxış etdilər.
"Azərbaycan Ordusu regionun ən güclü ordusudur"
Çıxış üçün ilk söz Milli Məclisin vitse-spikeri Bahar Muradovaya verildi. O dedi:
- Əziz zabit və əsgərlər! Azərbaycan xalqının igid və mərd oğulları. Milli Məclisin sədri və bütün üzvləri adından sizi salamlayırıq. Biz tez-tez cəbhə bölgələrinə gedir, ən ucqar nöqtədə qulluq edən zabit və əsgərlərlə görüşüb, hal-əhval tuturuq. Sizlərlə olan belə görüşlər bizdə xoş ovqat yaradır. Torpaqlarımızın etibarla qorunmasına əmin oluruq. Siz bizim dövlətimizin, müstəqilliyimizin qoruyucuları və təminatçılarısınız. Azərbaycan Ordusu gündən-günə inkişaf edir, gücünü, qüdrətini artırır. Biz buna çox sevinirik. Bu gün tam inamla deyə bilərik ki, Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir. Siz çox xoşbəxt hərbçilərsiniz ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bir ordunun sıralarında xidmət edirsiniz. Bu çox böyük bir xoşbəxtlikdir. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğuna böyük önəm verir. Tez-tez hərbi hissə və birləşmələrə gedir, zabit və əsgərlərlə görüşür. Biz inanırıq ki, siz hərbçilər hərb sənətini dərindən öyrənəcək, yurdumuzun keşiyində həmişə ayıq-sayıq dayanacaqsınız. Əminəm ki, Azərbaycan Ordusunun zabit və əsgərləri hər hansı bir döyüş tapşırığını yerinə yetirməyə qadir və hazırdır. Mən də bu ilin iyun ayında keçirilən hərbi paradda iştirak etdim. Nümayiş olunan hərbi texnikaları yaxından gördüm. Doğma ordumuzun inkişafını gördükcə ürəyimiz dağa dönür. Çıxışımın sonunda bir daha sizi salamlayır və xidmətinizdə uğurlar arzulayıram.
Milli Məclisin deputatı Hadı Rəcəbli də çıxışına zabit və əsgərlərə müraciətlə başladı:
- Əziz Vətən oğulları! Ölkənin ən vacib atributlarmdan biri də ordudur. Ordu nə qədər güclü olsa, torpaqlarımız da o qədər etibarlı qorunar. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev daim hərbçilərin yanındadır. Ordu quruculuğu istiqamətində gedən prosesləri daim yaxından izləyir. Ordunun möhkəmlənməsi və qurulması üçün kifayət qədər vəsait ayırır. Həm yeni silahların alınması, həm də hərbçilərin sosial müdafiəsi üçün tələb olunan qədər vəsaitin ayrılması üçün sərəncamlar verir. Məhz elə buna görədir ki, Azərbaycan Ordusu Rusiya Federasiyası istisna olmaqla postsovet məkanının ən güclü ordularından biri sayılır. Bu gün xalq-ordu, ordu-dövlət birliyi çox güclüdür. Bu monolit birlik isə bizi daha da böyük uğurlara aparır. Yaşasın Azərbaycan Ordusu! Biz belə güclü və qüdrətli ordu ilə fəxr edir və öyünürük.
- Günü-gündən güclənən, qüdrətini artıran ordumuz dövlətinə və xalqına çox sadiqdir, - deyə Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışına başladı. - Bu il keçirilən hərbi paradda iştirak etmək, Azərbaycan Ordusunun nümayiş olunan silahlarını yaxından görmək mənə də nəsib oldu. Gördüklərimdən ürəyim dağa döndü. Bütün bunlar onu göstərir ki, müstəqil dövlətimizin etibarlı təminatçısı olan ordumuz daim inkişaf edir, formalaşır. Bütün bu uğurlu proses bizim gözlərimiz qarşısmda gedir. Mən hərbi hissələrə tez-tez gedirəm. Və əldə olunan uğurları öz gözlərimlə görürəm. Əvvəllər cəmiyyətdə belə fıkirlər dolaşırdı ki, guya bizim milli kadrlar müasir hərbi texnikaları idarə etməyi bacarmazlar. Amma ordu quruculuğundakı bugünkü inkişaf və qazanılan uğurlar bütün deyilən köhnə fıkirləri alt-üst etdi. Bu gün Azərbaycan zabiti, Azərbaycan əsgəri ən mürəkkəb texnikaları və silahları asanlıqla və məharətlə idarə edir. Və onlardan düşmən hədəflərinə dəqiq atəş zərbələri açırlar. Bütün bunlar isə hərbçilərimizin gələcəkdə daha da böyük uğurlar qazanacaqlarından xəbər verir. Mən hər bir Azərbaycan zabitinə, hər bir Azərbaycan əsgərinə uğurlar arzulayıram.
"Xalqımız sizinlə fəxr edir”
Milli Məclisin deputatı Aydm Mirzəzadə çıxış edərək dedi:
- Mən bu gün sizin qarşınızda çıxış etməkdən məmnunluq duyuram. Sizin yanınızda olmaq bizlər üçün çox xoşdur. Bu gün sizlərin üzərinə böyük vəzifələr düşür. Ən başlıca və ümdə vəzifəniz müstəqilliyin keşiyində dayanmaqdır. Mən çox sevinirəm ki, siz bu tarixi vəzifənin öhdəsindən çox bacanqla gəlirsiniz. Bu gün xalqımız sizinlə fəxr edir, öyünür. Xalqımız sizi özünə ən etibarlı arxa və dayaq hesab edir. Əminəm ki, siz həmişə üzərinizə düşən tarixi vəzifələrin öhdəsindən bacarıqla gələcəksiniz.
Millət vəkili Gövhər Baxşəliyeva çıxışma bu sözlərlə başladı:
- Əziz hərbçilər, mən ikinci dəfədir ki, zabit və əsgərlərlə görüşə gəlirəm. İyirmi iki ildən çoxdur ki, ölkəmiz müstəqillik əldə edib. Bu müstəqilliyin əldə olunmasında və qorunub saxlanılmasında siz hərbçilərin də çox böyük xidməti var. Bu gün ordumuz ən modern silahlarla təmin olunmuşdur. Biz inanırıq ki, siz hərbçilər bu silahlardan bacarıqla istifadə edib işğal altında olan torpaqlarımızı azad edəcəksiniz. Ölkəmizin üçrəngli bayrağını Xankəndiyə, Şuşaya taxacaqsınız. Cəsarət və hünərlə vuruşaraq böyük uğurlara və qələbələrə imza atacaqsınız.
Çıxışlar başa çatandan sonra Milli Məclisin üzvləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissənin qərargahına dəvət olundular. Burada zabit Cəlil Seyfullayev onlara zenit-raket kompleksinin taktiki-texniki xüsusiyyətləri barədə geniş məlumat verdi. Kompleksin başqa silahlardan üstün olduğunu faktlar və rəqəmlərin dili ilə tədbir iştirakçılarının diqqətinə çatdırdı. Burada bildirildi ki, hərbi hissənin şəxsi heyəti bu il Həştərxan şəhərində keçirilən təlimlərə qatılaraq zəngin döyüş təcrübəsi qazanıblar. Təlim prosesində onlar "düşmən" hədəfini müəyyənləşdirərək dəqiq atəş zərbələri ilə məhv ediblər.
Sonra qonaqlar raketin idarə olunma mərkəzinə baş çəkdilər. Zabit Bədəlov qonaqlara mərkəzin işi, fəaliyyəti barədə geniş məlumat verdi. Döyüş prosesində hər bir zabitin üzərinə düşən vəzifə və tapşırıqlardan danışdı. Millət vəkilləri mərkəzin işini dərin maraqla izlədilər. Mərkəzdə deputatlar və media nümayəndələri kompyuterlər vasitəsi ilə zenit-raket kompleksinin hədəfləri necə "görməsini" və məhv etməsini izlədilər.
İdarə olunma mərkəzində böyük canlanma var. Rabitə vasitəsi ilə divizionlara operativ tapşırıqlar verilir, operativ cavablar alınırdı. İdarəetmə mərkəzi bir anlıq döyüş gedən günləri xatırladır. Rabitə vasitəsilə müxtəlif siqnallar alınır. Bölmələrdən gələn qırıq-qırıq səslər, siqnallar bir an içində qəbul edilir. Ekranda "düşmən" hədəfləri görünür və bir azdan dəqiq zərbə ilə məhv edilir.
Qərargahdan çıxdıqdan sonra millət vəkilləri və kütləvi informasiya vasitələrinin nümayəndələri zenit-raket kompleksinin yaxınlığına gəlirlər. Onlar raket kompleksinin necə açılıb-yığılmasına yaxından tamaşa edirlər. Ordumuzun belə modern silahlara sahib olduğunu görən hər kəsin üzündə bir qürur duyulur.
"Hər addımda əsgərə diqqət və qayğı var"
Qonaqlar zenit-raket kompleksinin taktiki-texniki xüsusiyyətləri ilə yaxından tanış olduqan sonra əsgər yeməkxanasına baş çəkdilər. Yeməkxanaya daxil olduqda şəxsi heyət üçün hazırlanmış xörəklərin xoş ətri adamı vurdu. Nahara az qaldığından artıq yeməklər bişirilmişdi. Yeməkxananın hər tərəfində səliqə-sahman hökm sürürdü. Əyinlərinə ağ xalat geyinmiş aşpazlar əsgərlərin gəlişini gözləyirdilər.
Yeməkxanaya daxil olan Milli Məclisin deputatları və kütləvi informasiya vasitələrinin nümayəndələri buradakı səliqə-sahmandan, təmizlikdən və şəxsi heyət üçün hazırlanmış yeməklərdən çox razı qaldılar. Hərbi hissənin tibb məntəqəsində də gördüklərimizdən ürəyimiz açıldı. Qonaqları qarşılayan tibb məntəqəsinin rəisi bildirdi ki, son günlər məntəqəyə müraciət edən olmayıb. Müraciət olunanda da əsgərlər diqqətlə müayinə və müalicə olunur. Şəxsi heyətin sağlamlığı daim diqqət mərkəzindədir.
Hərbi hissə ilə, onun zabit və əsgərləri ilə tanış olandan sonra Milli Məclisin üzvü Hadı Rəcəbli öz təəssüratlarını jurnalistlərlə bölüşdü. O bildirdi: ”Hərbi hissədə gördüklərimizdən çox sevindik. Ordumuzun bu cür modern silahlarla təmin olunması gələcək uğurlarımızdan xəbər verir. Əsgər və zabitlərin xidmət şəraitindən də çox razı qaldıq. Hiss olunur ki, burada hər addımda əsgərə diqqət və qayğı var. Gördüklərimdən bir daha əmin oldum ki, ordumuz çox güclü və qüdrətlidir. Ordunun şəxsi heyəti hər an döyüş tapşırığını yerinə yetirməyə, torpaqlanmızı azad etməyə hazırdır. Belə görüşlərə görə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevə minnətdarlığımızı bildiririk. Biz deputatlar da hər an ordumuzun yanında olmağa hazırıq”.
Müdafıə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu hərbi hissəyə gəldiklərinə, zabit və əsgərlərlə görüşdüklərinə, silahlarla yaxından tanış olduqlarına görə həm Milli Məclisin deputatlarına, həm də kütləvi informasiya vasitələrinin nümayəndələrinə dərin minnətdarlığını bildirdi.
Bununla da Milli Məclis üzvlərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin "N" hərbi hissəsinin şəxsi heyəti ilə görüşü başa çatdı.