Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2017 19:32

Ordu təmsilçiləri 4-cü İslam Həmrəyliyi Oyunlarında yüksək kürsüyə layiq görülüblər

Dördüncü İslam Həmrəyliyi Oyunları çərçivəsində güləşin yunan-Roma üzrə növündə yarışlarda Ordu İdman Klubunun üzvləri yüksək nəticələr əldə ediblər.
Yunan-Roma güləşi üzrə 80 kiloqram çəki dərəcəsində mübarizə aparan leytenant Rafiq Hüseynov həlledici görüşdə İran idmançısı Yousif Qaderian ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən final görüşündə güləşçimiz 2-ci yerə layiq görülüb.
Yunan-Roma güləşi üzrə 59 kiloqram çəki dərəcəsində mübarizə aparan digər ordu təmsilçisi Murad Məmmədov isə üçüncü yer uğrunda görüşdə İordaniya təmsilçisi Mostafa Alqadenidən üstün olaraq bürünc medal qazanıb.