Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2013 09:00

Omanla İraq komandaları çempionluq, Azərbaycanla Kot-Divuar komandaları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar


Hər iki oyun iyulun 14-də Dalğa Arenada keçiriləcək

Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Dalğa Arenada keçirilən qarşılaşmada Azərbaycan komandası Oman komandasına 1:2 hesabı ilə məğlub olub. Bayıl stadionunda keçirilən ikinci yarımfinal oyununda isə İraq komandası Kot-Divuar komandasına 3:0 hesabı ilə qalib gəlib.
İyulun 2-dən başlayan çempionat artıq sona çatmaq üzrədir və cəmi iki qarşılaşma qalıb. Final və üçüncü yer uğrunda oyun.
Beləliklə, iyulun 14-də saat 17.00-da ilk öncə Azərbaycan və Kot-Divuar komandaları üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Nəhayət həmin gün saat 20.30-da Oman komandası ilə İraq komandası final oyununa çıxacaqlar. Dalğa Arenada keçiriləcək hər iki oyun İdman Azərbaycan kanalı və cempionatın rəsmi internet səhifəsində (www.cism-wft2013.az) canlı yayımlanacaq.
İyulun 15-də isə cempionatın rəsmi bağlanış mərasimi keçiriləcək.