Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2014 09:00

Novruz bayramı münasibətilə Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyətə təbriki


Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi xalqımızın əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Müstəqil respublikamız bu gün inkişaf və tərəqqi yolu ilə inamla irəliləyir. Adət-ənənələri zəngin olan xalqımızın baharın gəlişini, təbiətin oyanışını, tarixi çox qədim Novruz bayramını sevinclə, həvəslə və böyük ruh yüksəkliyi ilə təntənəli şəkildə qeyd etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində mümkün olmuşdur.
İnanıram ki, bundan sonra da hər biriniz Hərbi Anda, nizamnamələrə sadiq qalaraq əsgəri borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, işğal altında olan torpaqlarımızı azad etməyə, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməyə hər an hazır olacaqsınız.
Sizə mökhəm cansağlığı, uzun ömür və xidmətinizdə uğurlar arzulayıram.

General-polkovnik Zakir HƏSƏNOV