Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 2012 09:00

NATO Müdafiə Kolleci dinləyici və müəllim heyətinin Azərbaycan Respublikasına akademik ziyarəti keçirilir

NATO Müdafiə Kolleci ali kursunun 83 nəfərdən ibarət dinləyici və müəllim heyətinin Azərbaycan Respublikasına akademik ziyarəti keçirilir. Azərbaycan Diplomatik Akademiyasında qonaq dinləyicilər qarşısında ölkəmizin müdafiə, iqtisadiyyat, xarici siyasət və digər sahələr üzrə aidiyyəti qurumlarının yüksək vəzifəli nümayəndələri çıxışlar ediblər.
NATO Müdafiə Kollecinin dinləyiciləri akademik səfər çərçivəsində "Səngəçal terminalı" ilə də tanış olublar.