Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2012 09:00

NATO/ABŞ ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələri mütəxəssislərinin işçi görüşü başlayıb

İyunun 5-də Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO/ABŞ ekspertləri ilə Azərbaycan Respublikası  Silahlı Qüvvələri mütəxəssislərinin işçi görüşü başlayıb.
İki gün davam edəcək işçi görüşündə müdafiə planlaması, ABŞ-Azərbaycan münasibətləri, ABŞ-ın müdafiə siyasətində son dövrlər baş vermiş dəyişikliklər, strateji idarəetmə, SWOT (güclü və zəif cəhətlər, imkanlar və təhlükələr) prosesi kimi mövzular ətrafında birgə müzakirələr aparılacaq.