Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2013 09:00

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsinə səfər edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhə bölgəsinə səfər ediblər. Səfər şəxsi heyətlə görüş və hərbi hissələrlə tanışlıq xarakteri daşıyır.
Döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkilib, mövcud vəziyyətlə tanış olunub, təmas xəttində döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Fərqlənən bir qrup hərbçiyə növbəti rütbələr verilib, medal və qiymətli hədiyyələr təqdim olunub.
Təmas xəttində olan bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təminatı, silah və sursatla təchizatının vəziyyəti öyrənilib.
Komandir heyətinin məruzə və təklifləri dinlənilib, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verilib.