Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2014 09:00

Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdədir


Braziliya Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvətilə 28-29 aprel tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyaya işgüzar səfərə gedib.
Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi sahədə əlaqələrin yaradılması, hərbi əməkdaşlığın istiqamətləri və perspektivlərinin müəyyənləşdirilməsi barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.