Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyun 2014 09:00

Müdafiə Nazirliyinin məlumatı

Müdafiə Nazirliyi bildirir ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli "Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyasının ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" Qərarına əsasən kompensasiyanın ödənilməsi üçün əlavə maliyyə vəsaiti və sənədləşməyə çox vaxt tələb olunduğundan Müdafiə Nazirliyində bu işlər mərhələli şəkildə aparılır.
Hazırda müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyası ödənilir. Bundan sonra digər hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların kompensasiyasının ödənilməsi nəzərdə tutulmuşdur.
Qanun qüvvəyə mindiyi 2010-cu il 12 iyun tarixindən sonra ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara pul kompensasiyası müvafıq komissiyalar tərəfindən sənədləşmə və protokol işləri başa çatdırıldıqca müəyyən olunmuş qaydada ödəniləcəkdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 28 mart tarixli Qərarına uyğun olaraq 2010-cu il iyunun 12-dək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qəbul edildikdən sonra həmin kateqoriyadan olan hərbi qulluqçulara ödənişlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.