Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2012 09:00

Müdafiə Nazirliyində qəbul    


İyulun 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Kolumbiya senatının ikinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan müdafiə naziri Kolumbiya parlament üzvlərinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını və ölkələr arasında ikitərəfli əlaqələrin genişlənməsinə xidmət etdyini vurğulayıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı barədə qəbul etdiyi qərara görə Kolumbiya senatının üzvlərinə öz təşəkkürünü bildirən nazir Səfər Əbiyev bölgədə mövcud hərbi-siyasi vəziyyət və onun yaratdığı ağır problemlər barədə də qonaqları məlumatlandırıb. Müdafiə naziri görüş zamanı hər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin qurulmasının vacibliyini önə çəkib.