Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2012 09:00

Müdafiə Nazirliyində qəbul    


İyulun 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi general Biacio Abrate ilə görüşü olub.
Müstəqillik əldə etdiyi gündən Azərbaycanın Avropa birliyi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verdiyini qeyd edən müdafiə naziri bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin dinc qaydada həllinə maneçilik törədən problemlər barədə qonağı məlumatlandırıb. Azərbaycan torpaqlarının 20 ilə yaxın işğal altında qaldığını, bir milyondan artıq soydaşımızın yurd-yuvasından didərgin düşdüyünü vurğulayan nazir S. Əbiyev Ermənistanın yenə də bu təcavüzkar siyasətdən əl çəkmədiyini diqqətə çatdırıb. O, belə bir vəziyyətdə Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsinin və torpaqlarımızın işğaldan azad olunmasının prioritet təşkil etdiyini bildirib.
Görüş zamanı İtaliya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.