Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2013 09:00

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir.
Səfərdə Müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.
Səfər çərçivəsində şəxsi heyətlə görüşlər və hərbi hissələrlə tanışlıq davam edir.
Zabit heyətilə keçirilən müşavirə və görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işləri barədə, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr haqqında danışılıb, xidməti məsələlər müzakirə edilib.
Döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkən Azərbaycan Respublikasının Müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi yerlərdə mövcud vəziyyətlə tanış olub, təmas xəttində döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov növbəti rütbələr verilmiş, medal və qiymətli hədiyyələr təqdim olunmuş hərbi qulluqçularla xatirə şəkli çəkdirib.
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.