Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2014 09:00

Müdafiə nazirinin Gürcüstana rəsmi səfəri başlayıb

Mayın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb.
Bu gün Gürcüstanın Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya tərəfindən qarşılanma mərasimi keçirilib.
Protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra Müdafiə nazirlərinin görüşü keçirilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində və ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.
Hər iki ölkənin Müdafiə nazirləri kütləvi informasiya vasitələri qarşısında qısa brifinqlə çıxış ediblər.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi şəhərindəki Qəhrəmanlar Meydanında Gürcüstan dövlətinin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoymuş və onların əziz xatirəsini yad etmişlər.
Səfər mayın 30-dək davam edəcək.