Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2012 09:00

Müdafiə naziri Türkiyə Respublikasının jandarma baş komandanını qəbul edib

İyunun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının jandarma baş komandanı ordu generalı Bəkir Kalyoncunu qəbul edib.
Qarşılıqlı hərbi əməkdaşlığın inkişaf etdirilməsi və hərbi təhsil sahəsində əlaqələrin möhkəmləndirlməsi görüşün əsas mövzularından olub. Bölgədə hərbi vəziyyət barədə də geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc da iştirak edib.