Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 2014 09:00

Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli liderimiz Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.
Sonra Müdafiə naziri hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edərək hədiyyələr təqdim edib.