Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2014 09:00

Müdafiə naziri mühəndis-istehkam hərbi hissəsinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb

Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət və qayğısı əhatəsində olan Silahlı Qüvvələr müasir döyüş texnikası ilə təmin edilir və davamlı olaraq hərbi hissələrdə təmir-tikinti işləri aparılır.
Oktyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov mühəndis-istehkam hərbi hissəsində olaraq aparılan işlərin vəziyyəti ilə maraqlanıb.
Müdafiə naziri qısa müddət ərzində hərbi hissənin ərazisində həyata keçirilən işlərlə tanış olub, şəxsi heyətin rahat, isti şəraitdə yerləşməsi və qidalanması üçün əsgər kazarmalarını və yeməkxanada yaradılmış vəziyyəti yoxlayıb.
Sonra hərbi hissənin mühəndis-istehkam parkında döyüş texnikasının hazırlığına baxış keçirilib. Bildirilib ki, müharibə şəraitində hücum edən qoşunlarımızın maneəsiz, düşmənin müdafiə xəttini yararaq onun fortifikasiya qurğularını qısa zamanda asanlıqla keçməsi mühəndis-istehkam hərbi hissələrinin qarşısında duran əsas döyüş tapşırıqlarından biridir.
Bu məqsədlə Ali Baş Komandan cənab İ.Əliyevin göstərişinə əsasən mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdikləri xüsusiyyətlər, onların texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün yeni və müasir mühəndis-istehkam texnikası alınaraq qoşunların təminatına verilib.
Sonda Müdafiə naziri döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.