Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2017 18:40

“Müasir təhlükəsizlik sistemində kibertəhlükəsizlik məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib

Fevralın 20-də Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılmasının 18-ci ildönümünə həsr edilmiş “Müasir təhlükəsizlik sistemində kibertəhlükəsizlik məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirilib.
Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ümummilli liderimiz Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli Fərmanı ilə yaradılan Silahlı Qüvvələrin Hərbi Akademiyasının 18-ci ildönümü münasibətilə konfrans iştirakçılarını və bütün şəxsi heyəti təbrik edən general-leytenant H.Piriyev çıxışında hərbi təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ümumilikdə hərb sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Sonra çıxış edənlər kibertəhlükəsizlik məsələlərinin müasir təhlükəsizlik sistemində mühüm yer tutduğunu və bu məqsədlə bu cür vacib tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildiriblər.
Xidmətdə fərqlənən bir qrup əməkdaş mükafatlandırıldıqdan sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və rəqs ansamblının kollektivi konsert proqramı ilə çıxışı edib.