Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2013 09:00

Monitorinq

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndinin şərq istiqamətindəki təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinq başlamazdan əvvəl monitorinqi təmas xəttinin qarşı tərəfdən keçirən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov müəyyən olunmuş mövqeyə çıxmamışlar.
Ancaq tərəflər xəbərdarlıq edildikdən sonra monitorinq baş tutmuş və insidentsiz bitmişdir.