Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2017 14:23

Hərbi qulluqçuların Şəki şəhərinə gəzintisi təşkil edilib

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçunun Şəki şəhərinə gəzintisi təşkil edilib.
Ekskursiya zamanı əsgərlər Yuxarı Karvansaray, Tacirlər küçəsi  və Qala divarları memarlıq abidələrini gəzib, Rəşid Bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq muzeyi, Şəki Xalq Tətbiqi Sənəti muzeyi, Şəki Xan Sarayı ilə tanış olub, eləcə də Qədim Alban məbədi olan Dairəvi məbədə baxıblar.
Hərbi qulluqçular muzeylərdə toplanmış eksponatlarla tanış olub, Şəkinin qədim tarixi, zəngin mədəniyyəti, bölgənin adət-ənənələri barədə geniş məlumatlar əldə ediblər.
Ekskursiya zamanı Şəki Şəhər Dövlət tarix-memarlıq qoruğu tərəfindən hərarətlə qarşılanan əsgərlərimiz Ramazan bayramı münasibətilə təşkil olunmuş musiqili məclisdə iştirak edib, Qala divarları kompleksində yerləşən Sənətkarlar evində şəbəkə və əl ilə hazırlanan sənət əsərləri ilə də tanış olublar.