Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2016 09:00

Hərbi Liseydə Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş görüş keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan Rəssamlar İttifaqının kollektivi ilə incəsənət həftəsi çərçivəsində Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş görüş keçirilib.
Rəssamlar İttifaqının üzvləri xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi - rəssam Ziyadxan Əliyev və Adil Şıxəliyev xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığından və yaratdığı əsərlərdən danışıblar.
Hərbi Liseydə rəsm ilə məşğul olan kursantlara rəsm ləvazimatları və Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş kitablar hədiyyə edilib.
Sonda qonaqlar kursantların çəkdikləri rəsmlərə tamaşa edib və onlarla xatirə fotosu çəkdiriblər.