Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2016 09:00

Hərbi hissələrin psixoloqları ilə toplantı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.
Toplantıda "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması", "Kollektivin psixoloji durumuna təsir edən amillər", "Döyüşdə və döyüşdən sonra hərbi qulluqçuların psixoloji durumu" və bir sıra digər mövzular üzrə mühazirələr dinlənilib.
Toplantı iştirakçıları tərəfindən aprel döyüşlərinin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsində rolu, hərbi qulluqçuların psixoloji hazırlığı üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.