Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2016 11:52

Hərbi hissədə bayram tədbiri keçirilib

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "N" saylı hərbi hissədə bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə şəxsi heyəti təbrik edib, həmrəylik gününün tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Ulu Öndərin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra milli birliyə nail olundu, Azərbaycan müxtəlif ölkələrdə məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ümummilli Liderin milli birlik və azərbaycançılıq ideyaları bu gün də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən inkişaf etdirilir.
Sonra tədbirin bədii hissəsi hərbi hissənin nümunəvi orkestrinin ifası ilə davam edib. Azərbaycan dövlət televiziyasının əməkdaşları - Emil Şahzadə və Nailə Babayevanın aparıcılığı ilə davam edən tədbirdə əməkdar artistlər Nuriyyə Hüseynova, İlkin Əhmədov, Təyyar Bayramov, müğənnilər Sahib İbrahimov, Aytən Məhərrəmova, Günay İmamverdiyeva və başqaları konsert proqramı ilə çıxış ediblər.
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının ifasında hərbi marşlar, şeirlər, vətənpərvərlik mahnı və rəqsləri də tədbirə xoş ovqat qatıb.