Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Mart 2017 13:20

Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan 2017-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.
Tədbirdə HDQ-nin şəxsi heyətlə iş üzrə müavini 1-ci dərəcəli kapitan Natiq Bağırov və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə mövzularında çıxış ediblər.
Sonda bu kimi tədbirlərin dini radikalizmə qarşı mübarizə istiqamətində müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.