Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2016 09:00

Hərbi Dəniz Qüvvələrində seminar keçirilib

Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının, hərbi intizamın və qoşun xidmətinin yüksəldilməsi istiqamətində komandir-rəis heyətinin iştirakı ilə seminar keçirilib.
"Mənəvi-psixoloji hazırlıq işinin təşkili, hərbi intizamın möhkəmləndirilməsi və qoşun xidmətinin təkmilləşdirilməsi üzrə komandirlərin, qərargah rəislərinin və şəxsi heyətlə iş üzrə komandir müavinlərinin iş sisteminin Azərbaycan Respublikası Silahlı Qüvvələrində tətbiqi" mövzusunda keçirilən seminarda HDQ komandanının şəxsi heyətlə iş üzrə müavini, 1-ci dərəcəli kapitan Natiq Bağırov bu istiqamətdə şəxsi heyətin üzərinə düşən vəzifə və tapşırıqları diqqətə çatdırıb.
Sonra seminar iştirakçılarına kateqoriya üzrə komandir-rəis heyətinin iş sistemi ilə bağlı ətraflı məlumat verilib.