Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2017 13:20

Hərbi Akademiyanın Xarici dil və tərəfdaşlıq Mərkəzində buraxılış mərasimi keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici dil və tərəfdaşlıq Mərkəzində təşkil olunmuş növbəti intensiv ingilis dili kurslarının başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin  Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev kursu bitirən dinləyiciləri təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edib.