Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2017 14:40

Gürcüstanın Baş naziri Azərbaycanın Müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində mayın 22-də general-polkovnik Zakir Həsənovla Gürcüstanın Baş naziri cənab Giorgi Kvirikaşvili arasında görüş keçirilib.
Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq, qarşılıqlı etimad üzərində qurulduğunun bildirildiyi görüşdə dövlət başçılarının mütəmadi işgüzar görüşləri və səfərlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi xüsusi qeyd olunub. Tərəflər qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bildiriblər.
Görüşdə həmçinin terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq hərbi əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacib olduğu bir daha vurğulanıb.