Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Sentyabr 2012 09:00

"Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə" mövzusunda təlim kursu keçirilir

Azərbaycanda NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupu tərəfindən "Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə" mövzusunda əməliyyat səviyyəsində təlim kursu keçirilir.
Təlim kursunda NATO-nun əldə hazırlanmış partlayıcı qurğularla mübarizə strategiyası, strukturu, fəaliyyət planı, rəhbəredici sənədləri, standart əməliyyat prosedurları mövzuları müzakirə edilir.