Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyun 2017 15:47

“Dəniz kuboku - 2017” yarışlarının planlaşdırılması ilə əlaqədar İran nümayəndə heyəti Bakıda olub

Ölkəmizin Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının planlaşdırılması ilə əlaqədar İran İslam Respublikasının nümayəndə heyəti Bakıda olub.
Hərbi Dəniz Qüvvələrində keçirilən görüşdə təlimin qaydaları, təhlükəsizlik, rabitə mübadiləsi və mədəni-ictimai tədbirlər kimi mövzularda müzakirələr aparılıb.
Qonaqlar oyunların keçiriləcəyi təlim-tədris kompleksinə də baxış keçiriblər.